Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu

Hadisə

13 Yanvar 2023 22:43 710


Bakı şəhərində yaşayış binası yanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin 1 otağında ev əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb. Dominos pizza

“Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!