Bakıda beynəlxalq oyun festivalı keçiriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beynəlxalq oyun festivalı keçiriləcək 

Sosial

27 Noyabr 2024 14:46 501


Bakı İdman Sarayında dekabrın 8-də “Gamesummit Winter 2024” video oyun və cosplay pərəstişkarları üçün bu qışın ən parlaq tədbirlərindən biri təşkil olunacaq. Əvvəlki festivallarda olduğu kimi, bu dəfə də müxtəlif yarışların keçirilməsi nəzərdə tutulub. Fortnite, EA FC25, PUBG Mobile, Mortal Kombat 1 və Tekken 8 oyunları üzrə çempionatla yanaşı, festival ziyarətçiləri matçların şousunu da izləyə biləcək, ölkənin aparıcı universitetlərini təmsil edən komandalar səhnədə mübarizə aparacaqlar.

Festivalda həmçinin, yeni oyun ideyaları şansının yaradılması, Azərbaycan oyunlarına xüsusi diqqət yetirilməsi və onların nümayişi planlaşdırılıb.  

Böyüklər və uşaqlar üçün stolüstü oyunlar üzrə yarışların keçiriləcəyi bu festivalda iştirakçılar əfsanəvi oyunlar oynayaraq nostalji hissini yaşayacaq, eyni zamanda ən son texnologiyalarla tanış ola biləcəklər. Sezar pizza

Biletləri rəsmi saytda bu linkdən əldə etmək olar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!