Bakıda binada qaz sızması oldu, sakinlər təxliyyə edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binada qaz sızması oldu, sakinlər təxliyyə edildi - Fotolar

Hadisə

11 Yanvar 2023 23:40 1796


Paytaxtın Nəsimi rayonunda mənzildə qaz sızması olub.

Yenisabah.az xəbər verir ki, hadisə 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsindəki 16 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb edilib. pizza mizza

Əraziyə eyni zamanda təcili tibbi yardım briqadaları cəlb edilib.

FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!