"Tik-tok"da açdığı yayımlarla tanınan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.
Yenisabah.az Azxəbərə istinadla xəbər verir ki, Gürcüstandan ölkəyə qayıdan "tiktok"çu hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.
Xatırladaq ki, bir müddət öncə musiqiçi Hüseyn Məhəmmədoğlunun bir sıra tiktokçudan DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstanda olduğu üçün saxlanılması mümkün olmayıb. Dominos pizza
O, əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə həbsdə olub.
Telegram kanalımız