Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Sosial

10 Yanvar 2025 19:37 383


Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək. Pepperoni pizza

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi - “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi - “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə iki Lotda martın 4-də baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!