Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi

Kriminal

04 Aprel 2025 21:32 513


Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

Yenisabah.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub. pizza sifarişi

Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!