Bakıda gecə dəhşəti: Qayın yeznəni qətlə yetirdi 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə dəhşəti: Qayın yeznəni qətlə yetirdi 

Kriminal

03 Dekabr 2023 08:25 5803


Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!