Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, sentyabrın 7-də Səbail rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Telegram kanalımız