Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın oldu

Hadisə

10 İyul 2022 00:01 1070


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub. 

Nazirlikdən "Yeni Sabah"a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Dominos pizza

Əlavə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!