Bakının Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə yerləşən körpüdə çat yaranıb.
Yenisabah.az xəbər verir ki, vətəndaşlar körpünün uçmaq ehtimalı ilə bağlı narahat olduqlarını deyiblər.
Oxşar mənzərə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı körpüdə də müşahidə edilib. pizza hut
Memar Muxtar Ərturan məsələ ilə bağlı qeyd edib ki, sözügedən çatlar körpülərin tikintisi zamanı qoyulan temperatur kəsikləridir. Deformasiya tikişləri körpülərin tikintisi zamanı qoyulur, soyuq və isti aylarda temperatur kəsiklərində genişlənmələr olur.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Telegram kanalımız