Bakıda “Instagram“ dələduzu saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Instagram“ dələduzu saxlanıldı

Kriminal

14 Mart 2023 16:47 948


“İnstagram”da dəlduzluq edərək sosial şəbəkə istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları axtarışda olan Firuddin Həsənovi tutub. Onun “İnstagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul isdədiyi müəyyən edilib.

Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.  Dominos pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!