Bakıda iranlı həkimə ağır cəza:    12 il 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iranlı həkimə ağır cəza:  12 il 

Kriminal

10 Oktyabr 2023 12:54 857


Casusluqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Astana Babək Süleymanın cinayət işi məhkəmə prosesi davam edib. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. 

O, təqsirləndirilən şəxsin 14 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.  Pepperoni pizza

Məhkəmənin hökmü ilə Astana Babək Süleyman 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Astana Babək Süleyman mayın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham verilib. 

48 yaşlı Astan Babək Təbrizdəndir, milliyyətcə azərbaycanlıdır, ailəlidir, 4 uşaq atası, ixtisasca həkim və hüquqşünasdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!