Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanovdur.
O, Yasamal rayonu ərazisində saxlanılıb. Üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Pepperoni pizza
Araşdırma zamanı izahati alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Telegram kanalımız