Bakıda kişini topuğundan güllələdilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişini topuğundan güllələdilər

Kriminal

30 Avqust 2023 10:55 556


Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb.  pizza hut

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!