Bakıda kriminal həyat tərzi keçirən şəxslər arasında dava olub? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kriminal həyat tərzi keçirən şəxslər arasında dava olub? - Rəsmi açıqlama

Kriminal

10 Avqust 2023 00:55 2308


Paytaxtın Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında münaqişə olması ilə bağlı əsassız iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Mirəli Mirəlövsət oğlu Bəhmənovun orada yaşayan 1971-ci il təvəllüdlü Ədalət Mirzətulla oğlu Həmidova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. pizza

Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!