Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, məktəbin tibb işçisi dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib. Ancaq şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Telegram kanalımız