Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı

Kriminal

21 Yanvar 2025 19:13 415


Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.

Yenisabah.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham olunub.

Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9 121 670.62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar. Dördpendirli pizza

Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu "ARTS" tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!