Suraxanı rayonunda kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, paytaxtda yaşayan Əli Abbasovdur.
O, Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. pizza hut
Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir.
Telegram kanalımız