Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib. pizza sifarişi
Nəticədə maşın aşıb.
Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.
Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Telegram kanalımız