Bakıda pulemyot satmaq istəyən şəxs yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda pulemyot satmaq istəyən şəxs yaxalandı

Kriminal

10 Mart 2023 10:58 690


Paytraxtın nizami rayonunda “RPK” markalı əl pulemyotu satmaq istəyən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs əvvəllər məhkum olunmuş Təbriz Qasımovdur.

Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkar edilib. pizza hut

Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!