Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

05 Avqust 2023 23:34 2264


Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb pizza hut

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!