Bakıda qanunsuz tikintinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qanunsuz tikintinin qarşısı alındı

Sosial

26 Noyabr 2024 17:16 553


Paytaxtın Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasında (“Körpə” MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, qanunsuz tikinti faktının qarşısını Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi alıb.

Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilib. Sezar pizza

Noyabrın 13-də qanunsuz tikinti işləri dayandırılaraq sökülüb və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Bununla belə noyabrın 26-da Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!