Bakıda qətl törətməkdə şübhəli bilinən ər və arvadı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qətl törətməkdə şübhəli bilinən ər və arvadı saxlanıldı

Kriminal

06 Aprel 2023 18:45 1085


Suraxanıda qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza hut

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-ci il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!