Bakıda quldurluq edən şəxs saxlanıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda quldurluq edən şəxs saxlanıldı - Video

Kriminal

20 May 2023 12:18 959


Nizami rayonunda quldurluq hadisəsi baş verib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.  pizza sifarişi

Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib: "Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!