Bakıda şadlıq evinin qarşısında DAVA: Polis müdaxilə etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şadlıq evinin qarşısında DAVA: Polis müdaxilə etdi

Kriminal

21 Aprel 2025 08:22 1195


Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.

BAKU.WS xəbər verir ki, dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib. pizza sifarişi

Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!