Bakıda şərab evinin satıcısı bıçaqlandı

Bakıda şərab evinin satıcısı bıçaqlandı

Kriminal Veb saytların hazırlanması

29 Noyabr 2023 01:34 1352


Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!