Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan 1992-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu bıçaqlanıb. Dominos pizza
Hadisəyə səbəb müştərinin qiymətlə razılaşmaması olub. Aralarında yaranan mübahisədə sərnişin sürücünü bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Telegram kanalımız