Bakıda ŞOK: 14 yaşlı qız qaçırıldı

Bakıda ŞOK: 14 yaşlı qız qaçırıldı

Kriminal Veb saytların hazırlanması

13 Sentyabr 2023 10:29 919


Bakıda 14 yaşlı qız qaçırılıb.

APA xəbər verir ki, Mirvari Tofiq qızı Eminova Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!