Bakıda ŞOK: Ev sahibinə arvadını fahişə kimi təklif edən usta 12 min manat oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ŞOK: Ev sahibinə arvadını fahişə kimi təklif edən usta 12 min manat oğurladı

Kriminal

21 Aprel 2023 10:16 1909


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.  pizza

Oğurlanan pullar sahibinə qaytarılıb.

Hadisənin isə maraqlı tarixçəsi olub. E.Mehdiyev Binəqədi rayonunda Ramazan Əsgərovun mənzilində usta işləyib. R.Əsgərov ona gecəni bir yerdə keçirmək üçün qadın tapmasını tapşırıb. E.Mehdiyev isə evdə çoxlu pul olduğunu bildiyi üçün bu barədə tanışı Namiqə deyib.

Namiq öz həyat yoldaşını Ramazanın evinə gətirərək ona fahişə kimi təqdim edib. R.Əsgərov Namiqin arvadı ilə intim əlaqədə olan zaman o və tanışı Emin evdəki 12 min manatı oğurlayıblar. 

Təqsirləndirilən şəxslər isə Namiqin arvadının Ramazan üçün yemək bişirməyə gəldiyini deyiblər./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!