Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

Hadisə

01 Sentyabr 2022 22:30 926


Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.

Paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub. pizza sifarişi

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!