Bakıda yaşayış binasında yanğın:   10 nəfər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

Hadisə

16 Dekabr 2022 21:56 738


Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb. Dördpendirli pizza

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!