Bakıda yeniyetməni bıçaqlayıb öldürdülər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeniyetməni bıçaqlayıb öldürdülər

Kriminal

15 Dekabr 2023 19:30 1354


Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  Toyuqlu pizza

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!