Bakıdan gedib Xızıda ağacları yandırdılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan gedib Xızıda ağacları yandırdılar

Hadisə

05 Sentyabr 2022 11:44 825


Meşə ətrafında, meşələrdə, biçilmiş sahələrdə ehtiyatsız, nəzarətsiz yanğınlar ekoloji tarazlığı pozmaqla, dövlətə və təbiətə külli miqdarda zərər vurur. Yay aylarında intensivləşən bu halların profilaktikası, bu əməlləri törədən şəxslərin müəyyən olunması istiqamətində müvafiq dövlət qurumları ilə qarşılıqlı iş aparılır. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumada bildirilib.

Xızı rayonu Baxşılı kəndində quru otlaq və ağaclıq sahələrini yandırılması ilə bağlı rayon polis şöbəsinə daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Sezar pizza

Aparılan araşdırmalarla müəyyən edilib ki, itirahət zamanı, piknik edən bir qrup şəxs ocağı nəzarətsiz qoyaraq, odun söndüyünə tam əmin olmadan ərazini tərk ediblər və nəticədə yanğının miqyası genişlənib. 

Davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Taleh Hüseynov və Şəmkir rayon sakinləri İrafiq Mamedov və Bəyoğlan Hüseynov saxlanılıblar. 

Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Xızı RPŞ-də cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!