Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu 

saytların hazırlanması

Evə çatdırılma

Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu 

Hadisə

28 Dekabr 2022 07:29 28533


Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollar dəyərində əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

Məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb.

İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla, onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb. pizza hut

Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqolanın gələcək prezidenti, SSRİ-də təhsil almış Xose Eduardo duş Santuşun və onun birinci həyat yoldaşı Tatyanın ailəsində anadan olub. O, Anqola ilə birlikdə Rusiya vətəndaşlığına da malikdir. "Forbes" jurnalı 2020-ci ildə İzabelin  şəxsi sərvətinin 2,2 milyard dollara çatdığını bildirib və onu müasir Afrikanın ən zəngin qadını adlandırıb.

Milli.Az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!