Bakının bəzi küçə və prospektlərində güclü yağış səbəbilə sıxlıq yarandı, avtobuslar gecikir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakının bəzi küçə və prospektlərində güclü yağış səbəbilə sıxlıq yarandı, avtobuslar gecikir - Fotolar

Sosial

16 Noyabr 2020 18:16 965


Qeyri-sabit hava şəraiti Bakıda bəzi küçə və prospektlərdə sıxlığa səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, müşahidə olunan sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var: Toyuqlu pizza

“Sıxlıq əsasən R.Behbudov küçəsi, H.Əliyev prospekti kənar yollar hər iki istiqamət, Q.Qarayev prospekti Dakar dairəsi, Tbilisi prospekti hər iki istiqamət, A.Bakıxanov küçəsi, Ü.Hacıbəyov küçəsi, Z.Bünyadov prospekti hər iki istiqamət və Moskva prospektində yaranıb. Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkət şərait yaradılmasını xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!