Bakının bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

21 Yanvar 2025 20:20 423


Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda orta təzyiqli qaz kəməri üzərində qoruyucu klapanın quraşdırılması, Sabunçu rayonu ərazisində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə 22.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Toyuqlu pizza

"Təmir işləri aparılan müddətdə Xəzər rayonu, Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin və Sabunçu rayonunun Şəhər şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!