Bakının bu ərazisi söküləcək - Razılıq əldə olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisi söküləcək - Razılıq əldə olundu

Sosial

09 İyul 2024 19:50 27049


Bu gündən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və söküntü işlərinə başlanılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.

Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq. pizza

Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər 1 kv.m üçün 2500 manat, obyektlərin hər 1 kv.m üçün 3000 manat kompensasiya verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!