Bakının mərkəzində narkomanlar yuvası: Aralarında qadın da var - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində narkomanlar yuvası: Aralarında qadın da var - Video

Hadisə

07 İyun 2022 18:59 1452


Paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi dalan 4 ünvanının sakinləri iddia edirlər ki, ərazidə çox sayda narkotik istifadəçisi məskunlaşıb. 

Baku TV-nin əməkdaşı sözügedən ünvanda olub, narkotik vasitələrdə istifadə olunan preparatlara və özündə olmayan insanlara rast gəlib. Onların arasında gənclər, hətta qadın da var.

Sakinlərin sözlərinə görə, ərazidəki narkotik istifadəçiləri onların həyətlərindəki əşyaları da oğurlayırlar.  Pepperoni pizza

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin əraziyə əlavə naryad qrupları cəlb olunub, orada müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!