Bakının mərkəzində yeni park salınır - Bəzi evlər sökülür

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində yeni park salınır - Bəzi evlər sökülür

Sosial

29 İyun 2024 10:12 2458


Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

“Yeni Sabah” xezerxeber.az-a istinadla xəbər verir ki, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür. pizza hut

Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

Daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!