“Baktelecom“ partlayışa dair: “İnfrastruktura ziyan dəyməyib“

saytların hazırlanması

Evə çatdırılma

“Baktelecom“ partlayışa dair: “İnfrastruktura ziyan dəyməyib“

Hadisə

12 İyul 2022 11:48 910


İyulun 11-də gecə saatlarında Bakının mərkəzindəki Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib. Pepperoni pizza

"Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq", - deyə "Baktelecom" bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!