Balakəndə xaricdən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb.
Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər. Dördpendirli pizza
Keçirilən digər əməliyyat zamanı rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Telegram kanalımız