Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlandı

Kriminal

23 Dekabr 2023 21:58 1061


Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Balakən rayon prokurorluğundan bildirilib.

Dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sezar pizza

Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!