Balakəndə avtomobil körpüdən çaya aşdı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə avtomobil körpüdən çaya aşdı

Hadisə

10 Yanvar 2023 11:45 716


Balakən rayonunda yolların buzlu olması səbəbindən sürüşən avtomobil Katex çayı üzərindəki körpüdən çaya aşıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili Katex körpüsü üzərində yolun buzlu olması səbəbindən idarəetmədən çıxıb.  Sezar pizza

Nəticədə avtomobil körpünün dəmir məhəccərlərini qıraraq çaya aşıb. 

Hazırda faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!