Balakəndə evə ildırım düşdü, yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə evə ildırım düşdü, yanğın oldu

Hadisə

23 İyun 2022 00:21 1108


Balakəndə fərdi yaşayış evini ildırım vurub.

Yenisabah.az xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. pizza

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otaq əşyaları ilə birilikdə tam yanıb.

Otaqlar və aynəbədin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!