Balakəndə qəzada dörd nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə qəzada dörd nəfər xəsarət aldı

Hadisə

10 İyul 2022 22:40 1038


Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib.Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi "VAZ 21063" markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.

Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb. pizza

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!