Balakəndə polis əməkdaşları saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunub. Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb.
Əməliyyatlar davam etdirilir. pizza sifarişi
Telegram kanalımız