Aprelin 10-da Maştağa qəsəbəsidə bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, zərərçəkən həmin gün bankların birindən kredit götürdüyünü bildirib.
Nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb. Toyuqlu pizza
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız