Banqladeşdə iğtişaşlar: 64 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Banqladeşdə iğtişaşlar: 64 nəfər həlak oldu

Dünya

19 İyul 2024 22:49 807


Banqladeşi bürüyən tələbə iğtişaşlarında ən azı 64 nəfər həlak olub.

Yenisabah.az The Guardian-a istinadla xəbər verir ki, etirazçılar dövlət televiziyasının qərargahına və yüzlərlə məhbusun azadlığa buraxıldığı həbsxanaya hücum ediblər. Həmin obyektlər yandırılıb. Baş nazirlik, Mərkəzi Bank və polisin internet saytları kiberhücumlara məruz qalıb.

Ölkə hakimiyyəti komendant saatı elan edib, mobil internetin işini və sosial şəbəkələrə çıxışı məhdudlaşdırıb. Ölkədəki bütün universitet və kolleclər qeyri-müəyyən müddətə bağlanıb. Pepperoni pizza

Onilliklər ərzində ölkədə bu miqyasda iğtişaşlar baş verməyib.

Banqladeşdə etirazlar iyulun əvvəlində universitet şəhərciklərindən birində başlayıb - tələbələr ölkənin 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30%-nin kvotalarının geri qaytarılmasına etiraz ediblər. Bu təcrübə 2018-ci ildə ləğv edilib, lakin bu ilin iyun ayında məhkəmə qərarı ilə geri qaytarılıb. Tələbələr bunu ayrı-seçkilik hesab edirdilər, xüsusən də ölkədə işsizliyin yüksək olduğunu nəzərə alsaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!