Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Belə ucalığa yüksələn, bu şərəfli adı daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaq...
Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu Lənkərandan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir!” - deyib canından keçən iddmançı Rameş Zəkiyev də belə şəhidlərdəndir...
Zəkiyev Rameş Gülverdi oğlu Astara rayonunun Şahağacı kəndində anadan olub. Ailənin böyük övladı olan Rameş uşaqlıqdan idmanla məşğul olub. pizza
Peşəkar boksçu olan R. Zəkiyev dəfələrlə idman yarışlarına qatılıb və uğurlar əldə edib. Azərbaycan birinciliyində hər zaman iştirak edən boksçu 2016-cı ildə ölkəmizi Rusiyada da təmsil edib.
Vətən müharibəsi başlayanda o da ön cəbhədəki döyüşlərdə iştirak edib. Həqiqi hərbi xidmətini yerinə yetirən Rameş Ağdam uğrundakı döyüşlərdə şəhid olub.
Telegram kanalımız