Baş nazir: “Rusiyanın Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: “Rusiyanın Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik“

Dünya

08 Aprel 2022 12:33 740


“Hökumət Rusiyanın Ukraynadakı əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlər üzərində işləyir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal aprelin 8-də ümummili telemarafonda bildirib.

“Ukraynada Rusiyanın bir sıra biznesi var. Qanunda onların milliləşdirilməsi ilə bağlı mexanizm var. İndi qanuna uyğun olaraq, sənədlər hazırlanır. Bu prosesi artıq başlamışıq. Rusiyanın vurduğu ziyanın bir hissəsini kompensasiya etmək üçün onun Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik”, - o vurğulayıb. pizza mizza

Qeyd edək ki, Ukrayna parlamenti martın 3-də milliləşdirmə ilə bağlı qanun qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!